Sığorta sektorunda qüvvəsi dayandırılmış lisenziyalar açıqlanıb.

Azərbaycan Mərkəzi Bankından AZƏRTAC-a bildirilib ki, “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 106.1.10-cu maddəsinə əsasən müvafiq hesabatın təqdim edilməməsi ilə əlaqədar Mərkəzi Bankın 2022-ci il 31 avqust tarixli qərarı ilə 51 fiziki şəxs olan sığorta agentlərinə verilmiş lisenziyaların qüvvəsi 3 ay müddətinə dayandırılıb.