Bu ilin I yarısında Azərbaycanda “Yaşıl Kart” sığorta sistemi çərçivəsində 5 919 müqavilə bağlanılıb və 1 237 159 manat sığorta haqqı toplanıb.

“Report” İcbari Sığorta Bürosuna istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq təxminən 29% az və 16% çoxdur.

Son nəticədə hesabat dövründə hər müqavilə üzrə sığorta haqqının orta məbləği təxminən 64% artaraq 209 manata çatıb.

Sığorta müqavilələrinin sayının azalması minik avtomobillərinin ölkə xaricinə çıxışının kəskin azalması ilə bağlıdır.

2020-2021-ci illərin yanvar-iyun ayları üzrə müqavilələrin sayı və sığorta haqları
Nəqliyyat vasitələrinin növləri üzrə sığorta haqları
Nəqliyyat vasitəsinin növü Yanvar-İyun, 2020 Yanvar-İyun, 2021
Müqavilə sayı Sığorta haqqı Müqavilə sayı Sığorta haqqı
Yük 4485 964,707.00 5282 1,202,763.00
Minik 3826 97,526.00 630 33,516.00
Avtobus 33 4,000.00 6 810.00
Motosiklet 1 10.00 1 70.0
Cəmi 8345 1,066,243.00 5919 1,239,159.00

2021-ci ilin yanvar-iyun aylarında “Yaşıl Kart” çərçivəsində 100 sığorta hadisəsi baş verib və 258 696 manat sığorta ödənişi həyata keçirilib.

Bu isə 1 il əvvələ nisbətən müvafiq olaraq 48,2% az və 48,1% azdır.

Son nəticədə il ərzində hər hadisə üzrə sığorta ödənişinin orta məbləği 0,7% artaraq 2 587 manata çatıb.

Ölkələr üzrə hadisələrin sayı və sığorta ödənişləri
Yanvar-İyun, 2020 Yanvar-İyun, 2021
Hadisə sayı Sığorta ödənişi Hadisə sayı Sığorta ödənişi
141 325,628.17 49 123,118.22
47 157,813.92 44 112,213.09
5 14,910.92 7 23,365.16
193 498,353.01 100 258,696.47

Sığorta hadisələrinin çoxu Rusiya və Türkiyədə baş verib.

Ölkələr və nəqliyyat vasitəsi növləri üzrə hadisələrin sayı
Ölkələr

NV növü

Yanvar-İyun, 2020 Yanvar-İyun, 2021
Yük Minik Avtobus Cəmi Yük Minik Avtobus Cəmi
Rusiya 78 61 2 141 38 11 49
Türkiyə 32 15 47 32 12 44
Digər 5 5 6 1 7

Beləliklə, hesabat dövründə “Yaşıl Kart” üzrə zərərlilik nisbəti 47%-dən 21%-ə düşüb. Buna əsas səbəb “Yaşıl Kart” əldə edən yük avtomobillərinin sayının artması və minik avtomobillərinin sayının azalmasıdır.