Azərbaycan Mərkəzi Bankı (AMB) 2022-ci ilin yanvar-iyul ayları üzrə sığorta bazarının maliyyə göstəricilərini açıqlayıb.

APA-Economics” AMB-yə istinadən xəbər verir ki, bu dövrdə toplanan sığorta yığımlarının həcmi ötən ilin eyni dövrünə nisbətən 9,9% artaraq 580,501 milyon manata çatıb.

Bu dövrdə sığorta ödənişlərinin həcmi isə 20% azalaraq 241,128 milyon manata düşüb.

Nəticədə sığorta bazarının zərərlilik göstəricisi 27,2% azalıb. Belə ki, bu ilin yeddi ayında sığorta bazarında toplanmış hər 100 manat sığorta haqqının 41,5 manatı ödənişə yönəldilib. Ötən ilin eyni dövründə isə bu rəqəm 57 manat təşkil edib.