Azərbaycan Mərkəzi Bankı (AMB) əsas vasitələrin, nağd pulun və nəqliyyat vasitələrinin sığortasından ibarət olan birləşdirilmiş sığorta xidmətləri üzrə açıq tender elan edib.

“Report” xəbər verir ki, tenderdə iştirak haqqı 300 manatdır.

İddiaçılar ilkin sənədləri oktyabrın 20-si, saat 18:00-a qədər, tender təklifi və onun dəyərinin %-i qədər bank təminatını isə oktyabrın 28-i, saat 18:00-a qədər AMB-nin Bakı şəhəri, Nəsimi rayonu, Rəşid Behbudov küçəsi, 90 ünvanında yerləşən inzibati binasına təqdim edə bilərlər. Telefon: (012) 493-11-22 (daxili: 428, 599).

Təkliflərə oktyabrın 29-u, saat 15:00-da qeyd olunan ünvanda baxılacaq.