“Bank Respublika” ASC “Bakı Sığorta” ASC-nin nizamnamə kapitalındakı payını artırıb.
Marja.az xəbər verir ki, 2023-cü ilin Aprel ayında Bank “Bakı Sığorta” ASC-nin əlavə 3303 səhmini (bir səhm üçün 760 manat) satın almaqla, “Bakı Sığorta” ASC-də iştirak payını 51,29%-dən 79,42%-ə artırmışdır (payı 28,13 faiz bəndi artıb).
Ötən ilin sonunda “Bakı Sığorta” ASC-nin səhmdarları Behbud Nəcəfov (6,93%), Murad Rəhimov (6,97%), “Bank Respublika” ASC 51,29% ,”Dimond Motors” MMC (1,52%), “Ekolizinq” MMC (6,68%), “Yeni Motor” MMC (6,84%) “Toyota Abşeron Mərkəzi” MMC (19,76%) idi.
Payların hesablanmasından məlum olur ki, avtomobil satışı ilə məşğul olan “Dimond Motors” MMC, “Yeni Motor” MMC və “Toyota Abşeron Mərkəzi” MMC “Bakı Sığorta” ASC-dəki paylarını satıblar.