Azərbaycan Mərkəzi Bankı (AMB) əməkdaşları üçün tibbi sığorta xidmətlərinin satın alınması üçün açıq tender elan edib.
“Report” xəbər verir ki, tenderdə iştirak haqqı 200 manatdır.
İddiaçılar ilkin sənədləri oktyabrın 19-u, saat 18:00-a qədər, tender təklifi və onun dəyərinin 1 %-i qədər bank təminatını isə oktybrın 27-si, saat 18:00-a qədər AMB-nin Bakı şəhəri, Nəsimi rayonu, Rəşid Behbudov küçəsi, 90 ünvanında yerləşən inzibati binasına təqdim edə bilərlər.
Təkliflərə oktybrın 30-u, saat 15:00-da qeyd olunan ünvanda baxılacaq.