“Atəşgah Sığorta Şirkəti” ASC 2022-ci ili 518 min manat xalis zərər ilə başa vurub.

Şirkət 2021-ci ili 318 min manat xalis mənfəət ilə bağlamışdı.

Marja.az xəbər verir ki, ötən il “Atəşgah Sığorta Şirkəti”nin 29 milyon 664 min manat cəmi əməliyyat gəlirlərinə qaşı cəmi əməliyyat xərcləri 30 milyon 182 min manat olub. Xərclər gəlirləri üstələdiyindən şirkət zərərə düşüb.