“Atəşgah Həyat” Sığorta Şirkətnin Baş direktor vəzifəsində çalışan Şəfəq Oqtay qızı Həsənova İdarə Heyətinin üzvü vəzifəsini müvəqqəti icra edən təyin olunub.

Bu barədə Marja-ya Şirkətdən bildirilib.

Qeyd edilib ki, Şəfəq Həsənova 2005-ci ildən etibarən “Atəşgah” Sığorta Şirkətində mütəxəssis vəzifəsində çalışmağa başlamışdır. İş zamanı göstərdiyi peşəkarlığa görə mütəmadiən karyerasında yüksəliş əldə etməklə 24 yanvar 2023-ci il tarixində Baş direktor vəzifəsinə təyin olunmuşdur.

“Atəşgah Həyat” Sığorta Şirkəti “Atəşgah” Sığorta Qrupuna daxil olan bir şirkət olaraq Bakı şəhəri ilə yanaşı ölkənin 10 regionunda fəaliyyət göstərən ofislərində vətəndaşlara xidmət göstərir.