Dövlət Neft Fondu (ARDNF) əməkdaşlarının könüllü tibbi sığortalanması ilə bağlı elan etdiyi təkliflər sorğusuna yekun vurub.

“Report” dövlət satınalmalarının vahid internet portalına istinadən xəbər verir ki, sorğunun qalibi “Atasığorta” ASC-dir.

Qalib şirkətə 129,6 min manat ödəniləcək.