Azərbaycan Mərkəzi Bankı (AMB) “Confident 2024” MMC-yə sığorta agenti fəaliyyəti üçün lisenziya verib

“Report” bu barədə AMB-yə istinadən xəbər verir.

Beləliklə, hazırda Azərbaycanda 53 hüquqi şəxs sığorta agenti lisenziyasına malikdir.

Xatırladaq ki, “Confident 2024” bu ilin aprel ayında dövlət qeydiyyatına alınıb. Onun nizamnamə kapitalı 10 manatdır.