“A-Qroup Sığorta Şirkəti” ASC 2022-ci ili 57 min 190 manat xalis mənfəət ilə başa vurub. Şirkət 2021-ci ili 1 milyon 13 min 75 manat xalis mənfəət ilə bağlamışdı. Beləliklə, 2021-ci illə müqayisədə 2022-ci ildə “A-Qroup Sığorta Şirkəti”nin xalis mənfəəti təxminən 18 dəfə azalıb. 

Marja.az xəbər verir ki, 2022-ci ildə “A-Qroup Sığorta Şirkəti”nin cəmi əməliyyat gəlirləri 22 milyon 48 min manat, xəmi əməliyyat xərcləri 21 milyon 977 min manat, əməliyyat mənfəəti 71 min 488 manat təşkil edib.

Müqayisə üçün qeyd edək ki, 2021-ci ildə “A-Qroup Sığorta Şirkəti”nin cəmi cəmi əməliyyat gəlirləri 20 milyon 528 min manat, cəmi əməliyyat xərcləri 19 milyon 262 min manat, əməliyyat mənfəəti 1 milyon 266 min manat təşkil etmişdi.

“A-Qroup Sığorta Şirkəti”nin 2021-ci ildə hesabladığı sığorta haqları 19 milyon 72 min manat ikən, 2022-ci ildə 24 milyon 632 min manat təşkil edib. Şirkətin sığorta ödənişləri isə 11 milyon 739 min 982 manatdan 12 milyon 826 min 866 (1 milyon 87 min manat artıb).

Ötən il “A-Qroup Sığorta Şirkəti” xalis sığorta ehtiyatının yaradılmasına 4 milyon 30 min manat ayırıb (2021-ci ildə ehtiyatdan 177 min manat azad olmuş və gəlirə əlavə edilmişdi).

2021-ci illə müqayisədə 2022-ci ildə “A-Qroup Sığorta Şirkəti”ndə işlərin aparılması xərcləri isə 2 milyon 159 min manat və ya 60,1% artaraq 5 milyon 750 min manata yüksəlib. 2021-ci ildə şirkətdə işlərin aparılması xərcləri 3 milyon 591 min manat təşkil etmişdi.

Ötən il “A-Qroup Sığorta Şirkəti”nin ehtiyata ayırması, sığorta ödənişləri və işlərin aparılması xərcləri artdığından xalis mənfəəti kəskin azalıb.