2022-ci ilin 1-ci rübündə Azərbaycanda fəaliyyət göstərən 20 sığorta şirkətindən 7-sinin hesabladığı sığorta haqları (yığımlar) azalıb.

Marja.az Mərkəzi Banka istinadən xəbər verir ki, “AtaSığorta”, Dövlət Sığorta Kommersiya Şirkəti,  “Azərbaycan Sənaye Sığorta”, “AzSığorta”, “Günay Sığorta”, “İpək Yolu Sığorta” və “Meqa Sığorta” hesabladıqları sığorta haqlarını artırmağı bacarmayıblar.

14 sığorta şirkətində isə yığımlar artıb.

2021-ci ilin yanvar-mart dövrü ilə müqayisədə Azərbaycanın sığorta bazarı 3,8% artaraq 258 milyon 425 min manat təşkil edib.

“Paşa Həyat Sığorta” şirkəti 86 milyon 302 min manat hesabladığı sığorta haqları ilə 1-ci yeri tutub.