Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA) tərəfindən Yasamal rayon İkinci Yaşayış Kompleksi üzrə mənzillərin satışında ASAN loqin üzərində yüklülük nəticəsində texniki problem yaranıb. Satış müvəqqəti təxirə salınıb.

Trend-in məlumatına əsasən, bunu MİDA-nın Aparat rəhbəri Fərman Qurbanlı keçirilən mətbuat konfransında bildirib.

F.Qurbanlı bildirib ki, hazırda problemin aradan qaldırılması istiqamətində işlər görülür, mənzil seçimi ilə bağlı vətəndaşlara əlavə məlumat veriləcək.

Xatırladaq ki, bu gün saat 11:00-da Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA) tərəfindən Yasamal rayon İkinci Yaşayış Kompleksi üzrə mənzillərin satışı həyata keçirilməsi nəzərdə tutulurdu.

Ümumilikdə 18 binadan 815 mənzil satışa çıxarılacaq.