Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA) 2021-ci il üzrə maliyyə hesabatlarının beynəlxalq standartlara uyğun auditi ilə bağlı elan etdiyi açıq tenderə yekun vurub.

“Report” dövlət satınalmalarının vahid internet portalına istinadən xəbər verir ki, tenderin qalibi “Praysvoterhauskupers Audit Azərbaycan” MMC-dir.

Qalib şirkətə 35,4 min manat ödəniləcək.