İpoteka və Kredit Zəmanət Fondu əhalinin yaşayış sahələri ilə təminatlılıq səviyyəsinin və ehtiyacının qiymətləndirilməsi, yaşayış şəraitinin yaxşılaşdırılması üsullarının müəyyən olunmasına dair ictimai sorğunun keçirilməsi ilə bağlı açıq tender elan edib.

“Report” xəbər verir ki, tenderdə iştirak haqqı 100 manatdır.

İddiaçılar ilkin sənədləri aprelin 21-i, saat 10:00-a qədər, tender təklifi və onun dəyərinin 1%-i qədər bank təminatını isə aprelin 29-u,saat 18:00-a qədər dövlət satınalmalarının vahid internet portalı vasitəsi ilə təqdim edə bilər.

Tenderin nəticəsi mayın 4-də, saat 10:00-da portalda açıqlanacaq.