Cari ilin yanvar-aprel ayları ərzində 84 min 862 daşınmaz əmlakın texniki inventarlaşdırılması aparılıb və texniki pasportu tərtib edilib. Bu isə ötən ilin eyni dövrü ilə müqayisədə 11,4 faiz artım deməkdir.

Əmlak Məsələləri Dövlət Xidmətindən AZƏRTAC-a bildirilib ki, göstərilən dövr ərzində qeydiyyata alınan ipoteka müqaviləsinin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 48,6 faiz artaraq 22 min 101 olub.