Pay torpaqları üzərində təsdiq edilməyən mülkiyyət hüquqları dövlət vəsaiti hesabına təmin ediləcək
Prezidentin müvafiq fərmanına əsasən, pay torpaqları üzərində təsdiq edilməyən mülkiyyət hüquqları dövlət vəsaiti hesabına təmin ediləcək ki, bu da istehsal təyinatlı torpaq mülkiyyətçilərinin (fermerlərin) əkin subsidiyaları və aqrar kreditlərdən müntəzəm olaraq yararlanmasına imkan verəcək. AZƏRTAC xəbər verir ki, bunu kənd təsərrüfatı nazirinin müavini İlhamə Qədimova II Aqrobiznes Forumunda çıxışında deyib. “Dünya Bankı ilə əməkdaşlıq çərçivəsində icra...