“Togg”un sifarişləri 100 mini ötüb
Bir həftə ərzində Türkiyənin yerli və milli elektromobil brendi olan “Togg” üçün öncədən sifarişlərin sayı 100 mini ötüb. “Report” xəbər verir ki, bu barədə Türkiyənin Avtomobil Təşəbbüs Qrupu məlumat yayıb. Məlumatda deyilir ki, ilkin sifarişdə iştirak üçün son tarix martın 27-si olsa da, nəqliyyat vasitələrinin sahibləri martın 28-i tarixdə tirajla rəsmi olaraq müəyyən ediləcək. Qeyd edək...