“Atrabank” və “Texnikabank”ın daşınmaz əmlakları hərraca çıxarılır
İyunun 16-da “Bakı Hərrac Mərkəzi” MMC-də ləğv prosesində olan “Atrabank” və “Texnikabank” ASC-lərin daşınmaz əmlaklarının satışı üzrə növbəti açıq hərraclar keçiriləcək. “Report” xəbər verir ki, bu barədə bankların ləğvedicisi – Azərbaycan Əmanətlərin Sığortalanması Fondu (ADIF) məlumat yayıb. Məlumata görə, söhbət “Atrabank”a məxsus Bakı şəhəri, Binəqədi rayonu, Goradil kəndində yerləşən 58,35 kv.metrlik yaşayış sahəsindən və “Texnikabank”a məxsus Quba rayonu,...