Novqorodda Yüksək Texnologiyalar Çempionatının regional mərhələlərinin yekunlarına əsasən artıq 18 min nəfər staj və iş təklifi alıb.

AZƏRTAC Rusiya KİV-ə istinadən xəbər verir ki, bu barədə jurnalistlərə Rusiyanın maarif nazirinin birinci müavini Aleksandr Buqayev bildirib.

Onun sözlərinə görə, bu, orta peşə təhsili (OPT) sistemində kadrların hazırlığının yüksək keyfiyyətindən xəbər verir. A.Buqayev, həmçinin deyib ki, çempionatda təqdim edilən “uçan robototexnika”, “bioprotezləşdirmə”, geoməkan üzrə rəqəmsal mühəndislik (gələcəyin ağıllı və funksional şəhərlərinin dizaynı)”, “neyroşəbəkələrr və böyük məlumatlar”, “EOQ layihələrinin təşkili və idarə edilməsi (ESG layihələri)”, “şəhər və ərazilərin inkişafı texnologiyası”, “fərdi implantların istehsalı”, “biokimyəvi texnologiyalar və proseslərin modelləşdirilməsi” üzrə bacarıqlara hazırda OPT sahəsində tələbat var.

Yüksək Texnologiyalar Çempionatının final mərhələsi sentyabrın 18-də başlayır. Qalibiyyət uğrunda kollec və texnikumların tələbələri, həmçinin yüksək texnologiya istehsalı və rəqəmsal iqtisadiyyat sahələrində tələb olunan dinamik şəkildə inkişaf edən və perspektivli sayılan istiqamətlər üzrə 8 məktəbin yuxarı sinif şagirdləri mübarizə aparacaqlar. Çempionatın iştirakçıları arasında Rusiyanın 30 bölgəsindən, eləcə də Azərbaycan, Belarus, Qana, Hindistan və Suriyadan komandalar var.

Rusiyada ilk dəfə keçirilən Yüksək Texnologiyalar Çempionatının finalı sentyabrın 18-21-də Velikiy Novqorodda keçiriləcək.