Yapon yeni dollara nisbətdə dünən 1986-cı ildən bəri ən aşağı səviyyəyə düşüb.
Yapon yeni dollar qarşısında dünən 1986-cı ildən bəri ən aşağı səviyyəsinə enib. Bu səbəbdən yenidən valyuta bazarına müdaxilə ediləcəyi gözlənilir. Hazırda məzənnə 160,53 yeni səviyyəsindədir.
Yenianın ucuzlaşmasının ardından Yaponiyanın maliyyə naziri Shuniçi Suzuki jurnalistlərə açıqlamasında bildirib ki, yapon valyutasını müdafiə etmək üçün lazımi tədbirləri görəcəklər. Cümə axşamı səhər verdiyi açıqlamada “Məzənənin sabit şəkildə hərəkət etməsi arzuolunandır” deyib.
Ölkənin maliyyə nazirinin müavini Masato Kanda açıqlamasında valyuta bazarlarını izlədiklərini və lazım gəldikdə müvafiq addımlar atacaqlarını bildirmişdi.