“Toshiba” korporasiyasını satın almaqda maraqlı olanlar var. Onlar bu sövdələşmə üçün təxminən 22 milyard dollar təklif edirlər.

AZƏRTAC Reuters informasiya agentliyinə istinadla xəbər verir ki, potensial müştərilər arasında hələ 2021-ci ildə Yaponiyanın elektron avadanlıqları istehsalçısını satın almağa cəhd göstərən Böyük Britaniyanın “CVC Capital Partners” investisiya fondunu da var. O zaman fondla sövdələşməni həyata keçirməyə çalışan “Toshiba” korporasiyasının sabiq prezidenti Nobuaki Kurumatani şəxsi maraqlarını güdməkdə ittiham olunaraq istefa verməyə məcbur edilmişdi.

Son illər “Toshiba” dərin böhran keçirir. Korporasiya 2015-ci ildə maliyyə hesabatlarında saxtakarlığa görə üzləşdiyi böyük qalmaqal, həmçinin 2017-ci ildə Amerika bölməsinin iflası səbəbindən ciddi itkilərə məruz qalıb. Vəziyyət kompaniyanın rəhbərliyi və iri səhmdarlar arasında davam edən mübahisə səbəbindən daha da mürəkkəbləşib.