Yaponiyada inflyasiya dekabrda 4 faizə yüksəlib.
Yaponiyada istehlak inflyasiyası dekabrda son 41 ilin ən yüksək səviyyəsinə çatıb.
Marja xəbər verir ki, istehlak qiymətlərində illik artım dekabr ayında 4 faizə yüksələrək, Yaponiya Mərkəzi Bankının (BOJ) 2 faizlik hədəfini iki dəfə üstələyib.
Təzə ərzaq qiymətləri nəzərə alınmadan hesablanan baza inflyasiyası noyabrda olduğu kimi dekabrda da 3,7 faiz təşkil edib. Bu, 1981-ci ilin dekabrından bəri ən sürətli illik artımdır.
Enerji qiymətləri və təzə ərzaq qiymətlərini nəzərə almayan inflyasiya isə noyabrda 2,8 faizdən dekabrda 3 faizə qədər sürətlənib.
Noyabrda illik müqayisədə 13,3% artan enerji qiymətləri dekabrda 15,2% artıb.