Azərbaycan yanvar-avqust aylarında ən çox Rusiyadan məhsul idxal edib.

Dövlət Gömrük Komitəsindən AZƏRTAC-a bildirilib ki, səkkiz ayda ölkəyə ən çox Rusiya, Türkiyə və Çindən məhsul idxal olunub. Rusiyadan idxalın dəyəri 1 milyard 235,2 milyon ABŞ dolları, Türkiyədən 1 milyard 128,3 milyon dollar, Çindən isə 1 milyard 6,1 milyon dollardır.