Azərbaycan yanvar-avqust aylarında ən çox Rusiyadan məhsul idxal edib.
Dövlət Gömrük Komitəsindən AZƏRTAC-a bildirilib ki, səkkiz ayda ölkəyə ən çox Rusiya, Türkiyə və Çindən məhsul idxal olunub. Rusiyadan idxalın dəyəri 1 milyard 653,7 milyon ABŞ dolları, Türkiyədən 1 milyard 425 milyon dollar, Çindən isə 1 milyard 311,7 milyon dollardır.