“Western Union” ödəniş sistemi texniki problemlərə görə müvəqqəti olaraq ABŞ-dan Kubaya pul köçürmələrini emal edə bilmir.
“Report” xəbər verir ki, bu barədə “Associated Press” xəbər yayıb.
Qeyd olunub ki, Kubada əməliyyatların aparılması ilə bağlı texniki problemlər mövcuddur:
Şirkət nümayəndəsi bildirib ki, “Western Union”un fəaliyyəti sabitdir: “Ona görə də bu, yalnız ABŞ-dan Kubaya göndərilən pul köçürmələri ilə bağlı təcrid olunmuş problemdir”.
Bildirilib ki, şirkətin xidmətləri yanvarın 28-də dayandırılıb. Yanvarın sonunda Kuba səlahiyyətliləri xaricdən kiberhücuma məruz qalan ödəniş sistemində fasilələr olduğunu bildirmişdi.