Almaniyanın “Volkswagen” şirkəti Çinin Tyanjin əyalətindəki 2 zavodda istehsalı dayandırıb.

APA-nın xəbərinə görə, buna səbəb əyalətdə koronavirusa yoluxmaların kəskin artmasıdır.

Zavodların birində ehtiyat hissələri, digərində isə 5 model avtomobil istehsal edilirdi. Müəssisənin illik istehsal gücü 30 000 ədəd minik avtomobilidir.

istehsalın dayanması Çində avtomobil sənayesinin gerilədiyi vaxta təsadüf edir. Ötən ilin son rübündə ölkədə 754 700 yeni avtomobil satılıb. Bu da 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə 36% azdır.