2022-2023-cü maliyyə ilinin birinci rübündə Visa-nın xalis mənfəəti 5,6% artaraq 4,18 milyard dollar təşkil edib.

Bank kartlarına xidmət göstərən dünyanın ən böyük şirkətlərindən biri olan “American Visa Inc.”in 2022-2023-cü maliyyə ilinin birinci rübünün (dekabrın 31-də başa çatıb) nəticələrinə görə, şirkətin xalis mənfəəti 5,6% artaraq 4 milyard 179 milyon dollar təşkil edib.

Marja xəbər verir ki, səhmbaşına mənfəət bir il əvvəl 1,83 dollardan 1,99 dollara yüksəlib.

Visa-nın gəlirləri illik müqayisədə 12,4% artaraq 7 milyard 936 milyon dollar təşkil edib.

Visa-nın əməliyyat xərcləri son üç ayda 24,7% artaraq 2 milyard 846 milyon dollar olub.

Ötən rübdə ödənişlərin həcmi 7% artıb.

İlkin ticarətdə şirkətin səhmləri 1,1% bahalaşıb.

Visa, kart sahibləri, ticarətçilər, maliyyə və dövlət qurumları üçün elektron ödəniş şəbəkəsinə çıxışı təmin edən qlobal ödəniş sistemidir.