Ukraynanın aylıq büdcə kəsiri təxminən 5 milyard ABŞ dolları təşkil edir.

“Report” xəbər verir ki, bu barədə “The Wall Street Journal” yazıb.

Bu səbəbdən ölkədə sosial öhdəliklərin yerinə yetirilməsi və hərbi əməliyyatların maliyyələşdirilməsində çətinliklər yaranıb. Büdcənin 60 %-i münaqişə ilə bağlı xərclərə sərf olunur. Digər yandan, vergi daxilolmaları dövlət xərclərinin yalnız 40 %-ni əhatə edir. İlin sonunda ÜDM-in 30 % azalacağı gözlənilir.

Nəşr qeyd edir ki, rəsmi Kiyev xərcləri kənar yardım hesabına kompensasiya etməyi planlaşdırır. Amma Aİ ölkələrinin vəd etdiyi 9 milyard ABŞ dollarlıq makromaliyyə yardım paketindən ölkə indiyədək cəmi 1 milyard ABŞ dolları alıb. Büdcənin doldurulmasının digər mənbəyi pul emissiyası ola bilər, lakin bu, kifayət deyil.

Ukrayna Milli Bankının rəhbərinin müavini Sergey Nikolayçuk bildirib ki, ölkə aylıq 3 milyard ABŞ dollarlıq xarici yardımla bütün borc öhdəliklərini yerinə yetirə bilər.