Ukrayna, taxılının idxalına qoyulan qadağanın uzadılmasına cavab olaraq, tezliklə Polşa kənd təsərrüfatı məhsullarına embarqo tətbiq edəcək.

Marja.az xəbər verir ki, bunu Ukraynanın İqtisadiyyat nazirinin müavini Taras Kaçka deyib.

O, rəsmi Kiyevin qadağa tətbiq etmə vaxtı ilə bağlı sualı cavablandırarkən, “Növbəti günlər ərzində” deyib. Onun sözlərinə görə, məhdudiyyətlər Polşadan idxal olunan soğan, pomidor, kələm və almaya təsir edəcək.