ABŞ-da yerləşən nəqliyyat və çatdırılma nəhəngi “Uber Technologies”in Türkiyənin aparıcı qida və ərzaq məhsullarının çatdırılması platformalarından biri olan “Trendyol Go”nu almaq üçün danışıqlar apardığı bildirilir.

Marja.az xəbər verir ki, məsələ ilə tanış olan mənbələrin Bloomberg-ə verdiyi məlumata görə, tərəflər arasında danışıqlar davam edir, lakin hələlik heç bir razılaşma əldə olunmayıb. Prosesin yekun razılaşma ilə nəticələnməməsi ehtimalı da var.

Trendyol-un əsas səhmdarı “Alibaba Qrup”dur

“Trendyol Go”, Türkiyənin ən böyük e-ticarət platformalarından biri olan “Trendyol Group”un “çətiri” altında fəaliyyət göstərir. Elektron ticarətdən logistikaya, pərakəndə satışdan maliyyə texnologiyalarına qədər bir çox sahədə xidmətlər təklif edən “Trendyol”un əksər səhmləri Çinin e-ticarət nəhəngi “Alibaba Group-“a məxsusdur.

“Uber”2 və “Trendyol Go” rəsmiləri məsələ ilə bağlı heç bir açıqlama verməyiblər.