“Twitter Blue” adlı “Twitter” hesablarının ödənişli təsdiqi artıq bütün dünyada istifadəçilər üçün əlçatandır.

Trend-in məlumatına görə, bu barədə sosial şəbəkənin sahibi İlon Mask deyib.

“Twitter Blue” artıq bütün dünyada əlçatandır”, – deyə İ.Mask öz “Twitter№ səhifəsində yazıb.

“Twitter Blue” abunəliyi sosial şəbəkə istifadəçilərinə hesablarında onların hesablarının doğru olduğunu göstərən mavi işarə almağa imkan verir.