Türkiyədə zəlzələdən sonra 130 min yaşayış evi, 36 min kənd evi də daxil olmaqla, 171 mindən çox müstəqil tikintinin inşasına başlanılıb.

APA-nın İstanbul müxbirinin verdiyi xəbərə görə, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Malatyada çıxışı zamanı bildirib.

O həmçinin qeyd edib ki, indiyədək zəlzələdən zərər çəkənlərə 30 milyard Türk lirəsi nağd yardım verilib.

Ərdoğan hakimiyyəti tərəfindən başladılan layihələrin davam etdiriləcəyini də əlavə edib.