Türkiyə hökuməti ölkədə minimum pensiyanı 2 000 lirə və yaxud 36,4 % artırmağı planlaşdırır.

“Report” xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan yerli telekanalların birgə yayımında bildirib.

Onun sözlərinə görə, minimal pensiya 5 500 lirədən (490 manat) 7 500 lirəyə (670 manat) çatdırılacaq.