Türkiyə Prezident seçkisinin 2-ci turunun keçirilməsinə 2 gündən az vaxt qalmış Dolların banklararası bazarda qiyməri 20 Türk Lirəsini keçib.

Marja.az xəbər verir ki, Bakı vaxtı ilə saat 08:14-də Dollar/Türk Lirəsi məzənnəsi 20.17 səviyyələrində olub. Məzənnə 20,34 səviyyəsini də görüb.

Bu gün Dollar/Türk Lirəsi məzənnəsi 0,6% də artıb.

Açıq bazarda Dolların qiyməti 21 lirədən yüksəkdir.

Ötən həftə Türkiyənin xalis valyuta ehtiyatları sıfırdan aşağı düşüb.