“Türk Hava Yolları” (THY) Aviaşirkəti Böyük Britaniyaya uçuşları müvəqqəti dayandırıb.

AZƏRTAC xəbər verir ki, buna səbəb Böyük Britaniya hökumətinin yeni növ koronavirusa yoluxma riski ilə bağlı bəzi xarici ölkələrlə gediş-gəlişə dair məhdudiyyət qərarıdır. Bildirilir ki, bir müddət THY-nin Böyük Britaniya istiqamətinə yalnız yük təyyarələri uçuş edəcəkdir. Sərnişin təyyarələrinin uçuşunun bərpası Britaniya tərəfindən asılıdır.