ABŞ-ın sabiq Prezidenti Donald Tramp məhkəmələrin yüksək xərclərinə görə təyyarələrindən birini satıb.
AZƏRTAC “The Guardian” saytına istinadla xəbər verir ki, Tramp “Cessna Citation X” təyyarəsindən 2016-cı il seçki kampaniyası zamanı tez-tez istifadə edib. Təyyarənin dəyərinin 10 milyon dollar olduğu bildirilir.
Təyyarə İran əsilli tikinti maqnatı və Trampın əsas maliyyə donoru Merdad Moayedi tərəfindən alınıb.