Tokioda istehlak qiymətləri indeksi (inflyasiya göstəricisi) noyabr ayında keçən ilin eyni dövrü ilə müqayisədə 3,6 faiz artıb. Oktyabrda 3,4 faiz olan inflyasiyanın noyabr ayında 3,5 faiz olacağı gözlənilirdi.

Tokioda inflyasiya 1982-ci ilin aprelində 4,2 faizə yüksəlmişdi.

Enerji və təzə ərzaq qiymətləri nəzərə alınmadıqda qiymətlər (baza inflyasiya) noyabr ayında ötən ilin eyni dövrü ilə müqayisədə 2,5 faiz artıb. Oktyabr ayında qiymətlər 2,2 faiz artmışdı.