30 iyun 2022-ci il tarixində “Zəyəm Texnologiyalar Parkı” ASC səhmdarlarının illik ümumi yığıncağı keçiriləcək.
“APA-Economics” ASC-yə istinadən xəbər verir ki, gündəlikdə 2021-ci il üçün maliyyə hesabatı və digər cari məsələlər yer alıb.
Qeyd edək ki, səhmdarların illik ümumi yığıncağı Şəmkir rayonu, Zəyəm Şəhər Tipli Qəsəbə, S. Vurğun küçəsi 24 nömrəli (AZ5730) ünvanda keçiriləcək.