Mobil rabitə tarixində ən çox satılan onlarla smartfon siyahısında rəqabəti qeyd-şərtsiz “Nokia” qabaqlayıb. Qeyd edək ki, cihazların əsas qiymətləndirmə meyarı satışların həcmidir. Bu meyar üzrə Nokia 1100 modeli liderlik edir (250 milyon ədəd), ikinci yeri isə Nokia 1110 tutub (248 milyon ədəd).

Banker.az bu barədə xarici mediaya istinadən xəbər verir.

Üçüncü və dördüncü sıralarda müvafiq olaraq iPhone 6 (224 milyon ədəd) və iPhone 6s (200 milyon ədəd) yer alıb. İlk beşliyi Nokia 105 və iPhone 7 tamamlayıb. Eyni zamanda ilk iyirmiliyə Samsung E1100 və Moto V3 daxil olub.