Yerüstü personalın tətili səbəbindən Berlin-Brandenburq aeroportunun 300 reysi ləğv edilib.

AZƏRTAC Associated Press agentliyinə istinadla xəbər verir ki, “Verdi” həmkarlar ittifaqının təşkil etdiyi tətilin iştirakçıları maaşlarının ayda 500 avro artırılmasını istəyir. Lakin aeroport rəhbərliyi əməkdaşlarına hələlik 2 min avroluq birdəfəlik ödəniş təklif edib.

Ümumilikdə 35 min sərnişinə təsir edən tətil 2018-ci ildən bəri bu sayda reysin ləğvinə səbəb olan ən irimiqyaslı aksiyadır.