“Falcon 9” daşıyıcı raketi bu gün “Starlink” qlobal İnternet əhatə dairəsinin orbital qrupunu artırmaq üçün 49 mini peykdən ibarət daha bir partiya ilə orbitə çıxacaq.
Trend-in məlumatına görə, bu barədə “SpaceX” şirkətindən bildiriblər.
Məlumata əsasən, buraxılış ABŞ-ın Kaliforniyadakı Vandenberq Kosmik Qüvvələri bazasında “SLC-4E” buraxılış meydançasından Sakit okean sahili vaxtı ilə saat 08:34-də baş tutacaq.
Bu, “Starlink” layihəsi çərçivəsində 2019-cu ilin may ayından etibarən internet peykləri qrupunun 71-ci, bu ay isə üçüncü buraxılışı olacaq.