Son on ildə dünyada milyarderlərin sayı 1,5 dəfə, sərvətləri isə iki dəfədən çox artıb. Belə ki, 2015-2024-cü illərdə milyarderlərin sayı 1757-dən 2682-yə, onların ümumi sərvəti isə 6,3 trilyon dollardan 14 trilyon dollara çatıb.

AZƏRTAC “Deutsche Welle” nəşrinə istinadla xəbər verir ki, bu barədə İsveçrənin aparıcı UBS bankı ilə “PWC İsveçrə” tərəfindən hazırlanan “Milyarder Ambisiyaları Hesabatı”nda qeyd olunub.

Hesabatda, həmçinin milyarderlərin sayının indiyə qədər ən çox artdığı 2021-ci ildən sonra bu siyahıya cəmi dörd nəfərin əlavə olunduğu əksini tapıb. Eləcə də milyarderlərin qarşıdakı 15 ildə təxminən 6,3 trilyon dollarlıq sərvəti varislərinə və xeyriyyə fondlarına verəcəkləri qeyd edilib. Bir il əvvəlki hesabatda bu rəqəmin 5 trilyon dollar olacağı proqnozlaşdırılırdı.