Qlobal enerji keçidi şəraitində təbii qaz keçid yanacağı kimi qəbul edilməlidir.
“APA-Economics”in verdiyi xəbərə görə, bunu Bakı Enerji Həftəsi çərçivəsində keçirilən Bakı Enerji Forumunda çıxışı zamanı SOCAR-ın vitse-prezidentinin müşaviri Səriyyə Bünyatova bildirib.
Onun sözlərinə görə, yaşıl enerjinin inkişafına baxmayaraq, təbii qaza tələbat azalmır.
“Bu tələbata uyğunlaşmaq lazımdır və SOCAR öz diqqətini buna yönəldib”, – Səriyyə Bünyatova qeyd edib.