Günümüzdə “Samsung” yeni nəsil qatlanan ekranlı smartfonları “Galaxy Z Fold3” və “Galaxy Z Flip3”i təqdim edib. Qatlanan smartfon qeyri-adi və maraqlı görünməklə yanaşı, öz sahibinə yeni istifadə təcrübəsi bəxş edərək, işləmək və dincəlmək üçün bənzərsiz imkanlar yaradır. Həm işləyərkən, həm də istirahət zamanı daha yüksək məhsuldarlıq əldə etmək istəyənlər üçün “Galaxy Z Fold3” ideal bir cihazdır. “7.6 Infinity Flex” ekranı və qatlanan smartfonlarda ilk dəfə “S Pen” dəstəyi, heç bir istifadəçini laqeyd qoymayacaq. Belə ki, smartfonda bütün məqamlar nəzərə alınıb: göz oxşayan dizayn, təkmilləşdirilmiş kamera funksiyaları və daha böyük xarici ekran.

Zərifliyi, təkrar olunmaz dizaynı və yığcamlığı sevənlər üçün isə “Samsung” “Galaxy Z Flip3” sınamağı təklif edir. Şübhəsiz ki, bu smartfon fərdiliyinizi vurğulayacaq və diqqətin daim sizin üzərinizdə olacağına əmin olacaq.

Yeni nəsil “Galaxy Z” smartfonları yaradılarkən cihazların zədələnmədən qorunmasına xüsusi diqqət yetirilib. İlk dəfə olaraq “Galaxy Z Fold3” və “Galaxy Z Flip3” smartfonları “IPX8” standartlarına uyğun müdafiə ilə təchiz olunub, suyun 1,5 metr dərinliyində 30 dəqiqə qala bilirlər. Hər iki cihazda cızıqlara və digər zədələrə qarşı smartfonda mövcud olan ən davamlı alüminium çərçivədən – “Armor Aluminium”dan və möhkəm şüşədən – “Gorilla Glass Victus”dan istifadə olunub. Burada hətta smartfonların qatlama mexanizmi də qorunur. “Galaxy Z Fold3” də bütün elektron hissələr xüsusi qalın örtüklə və fırça mexanizmi ilə korroziyadan qorunur. Yəni, şarnirin mexanikası incə lifli təbəqə sayəsində özünü təmizləyəcək şəkildə dizayn edilib.

“Galaxy Z Fold3” ilə sizi başqa bir sürpriz də gözləyir – ekranın alt hissəsində yerləşdirilmiş kamera. Unikal texnologiya, istifadəçilərin iş və istirahət üçün bütün görüntü sahəsindən istifadə etməsinə imkan yaradan, kamera “dəliyini” minimum sayda piksel yerləşdirilib. Yeni “Eco²” ekran texnologiyası daha az enerji istehlakı ilə 29 faiz daha çox parlaqlıq təmin edir. Axarı keçidlər və cihazla sürətli qarşılıqlı əlaqə həm əsas, həm də xarici ekranlarda mövcud olan 120Hz yeniləmə sürəti ilə mümkün olub. Bundan əlavə, “Samsung Galaxy Z” seriyası, sözü gedən məhsul seriyasında ilk dəfə olaraq “S Pen”in imkanlarından yararlanmağa kömək edir.

Əgər “Galaxy Fold” seriyası istənilən yerdə planşet ölçüsündə cihaza sahib ekrandan istifadə etmək üçün əvəz edilməzdirsə, “Galaxy Z Flip3” əsl özünü ifadə cihazıdır. 2021-ci ildə qlobal bir fenomenlə, smartfonun ön kamerası qarşısında məzmun yaradılaraq paylaşılan ilk sosial şəbəkə olan “Tik Tok” ilə üz -üzə gəldik. Bu səbəbdən hər kəsin ilham və özünü ifadə etmək üçün yollar axtardığı belə bir dövrdə, “Galaxy Z Flip” əvəz olunmazdır.

Smartfonun statik vəziyyətdə düzəldilməsi üçün xüsusi dayaq tələb olunmur, əlavə ekranı isə “güzgü” kimi istifadə edərək, çəkiliş zamanı özünüzü real vaxtda görə bilərsiniz. “Galaxy Z Flip3” bənzərsiz rənglər, incə dizayn və üstün flaqman xüsusiyyətləri ilə özünüzə məxsusluğu vurğulamaq üçün idealdır. Hətta qapalı vəziyyətdə belə smartfon mükəmməldir, belə ki, burada smartfonu açmadan, bildirişlərlə tanış ola, vaxta baxa və ya istənilən mesajı tez cavablandıra bilərsiniz.

Smartfon kameralarına da xüsusi diqqət yetirmək gərək, belə ki, üç modullu əsas kamerası olan “Galaxy Z Fold3”: ultra geniş, optik sabitləşdirmə (OIS) ilə təchiz edilmiş modul və 2 qat “optik zoom”a malik obyektivlərdən ibarətdir. Hər üç kameranın icazəsi “12 MP” təşkil edir. “Galaxy Z Flip3” isə ikili əsas kamera modulu ilə təchiz olunub: “12 + 12 MP”, “f / 1.8 + f / 2.2” icazəli əsas və ultra geniş bucaq obyektivlərlə.

Bundan əlavə, smartfonlar güclü “5nm SDM888 prosessor”u ilə təchiz olunublar ki, bu da harada olursunuzsa olun daha dolğun istifadə üçün enerji səmərəliliyi və sürətli cihaz performansını təmin edir.

Ən əsası isə indi öncədən sifariş kampaniyası çərçivəsində xüsusi təklif də keçərlidir. Belə ki, sentyabrın 1-21 tarixləri arasında “Galaxy Z Fold3” | “Galaxy Flip3” modellərini əldə edən hər kəs “Galaxy Buds Pro” və “Samsung Care”+ “Eksklyuziv Display Sığortası” hədiyyə əldə edəcək. Kampaniya yalnız rəsmi holoqramlı smartfonlara aiddir.

Qeyd edək ki, bununla siz adı çəkilmiş smartfonların daxili “Infinity Flex” displeyi zədələnərsə, onu cəmi 175 AZN (Galaxy Z Flip3) / 225 AZN (Galaxy Z Fold3) ödəyərək dəyişə biləcəksiniz. Sığorta smartfon əldə edilən gündən bir il müddətində qüvvədə olacaq. Sığorta çərçivəsində displeyinizi yalnız bir dəfə dəyişə bilərsiniz. Sığorta yalnız daxili displeydə yarana biləcək fiziki zədələri əhatə edir. Belə ki, smartfonunuz qəflətən əlinizdən düşsə və displeyi çatlasa, siz təklifdən yararlanaraq onu yenisi ilə əvəz edə bilərsiniz. Bunun üçün alış faktını təsdiq edən sənədlərlə (zəmanət kitabçası və qəbz) müvafiq servis mərkəzinə yaxınlaşmaq kifayətdir. Qeyd olunan sığorta proqramı “Samsung” şirkətinin istifadəçilərinə olan unikal təklifidir. Bu, həmçinin yaşana biləcək gözlənilməz hallardan sığortadır, mütləq yararlanmağa tələsin.

“Galaxy Z” məhsul xəttinin smartfonları haqqında ətraflı məlumatı “Baku Electronics”, “Irşad Electronics”, “Kontakt Home”, “Maxi.Az”, “Soliton”, “Optimal” və “World-Telecom” mağazalar şəbəkəsindən əldə edə bilərsiniz.