“Ölkəmizin tarixində bu səviyyədə xərclər büdcəsi olmayıb. 2021-ci illə müqayisədə 2025-ci il üçün təklif olunan dövlət büdcəsinin xərclər səviyyəsi 50% artım deməkdir”.

APA-Economics” xəbər verir ki, bunu Milli Məclisin Gənclər və idman, İctimai birliklər və dini qurumlar, Mədəniyyət komitələrinin birgə iclasında “Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı Maliyyə naziri Samir Şərifov deyib.

“Şübhəsiz ki, bütün istiqamətlərə vəsaitin ayrılması imkanı olsa, dövlət bunu edərdi. Lakin dünyanın ən varlı dövlətlərində belə bu mümkün deyil. Ona görə çalışırıq ki, bütün istiqamətlərə imkan daxilində büdcə layihəsi təqdim edilsin”, – deyə nazir qeyd edib.