Sabahdan müsəlman aləmi üçün müqəddəs sayılan Ramazan bayramı günləri başlayır.

Trend xəbər verir ki, Ramazan bayramı 10-11 aprel tarixində qeyd ediləcək.

Bu məqsədlə də baş nazir Əli Əsədovun qərarı ilə Ramazan bayramında ardıcıl 5 qeyri-iş günü olacaq.

Belə ki, qərara əsasən, iş və istirahət günlərinin ardıcıllığını təmin etmək məqsədilə aprelin 12-si həftənin cümə gününə təsadüf etdiyindən aprelin 6-sı şənbə günü ilə yerləri dəyişdirilib. Aprelin 12-si qeyri-iş günü, aprelin 6-sı isə rəsmi iş günü elan edilib.

Bu da o deməkdir ki, ardıcıl 5 gün – aprelin 10,11,12,13 və 14-ü iş olmayacaq. Aprelin 15-dən ölkə ərazisində rəsmi iş günüdür.