Oktyabrın 15-də, gecə saatlarında “Azercell Telekom” MMC-nin bəzi xidmətlərində müvəqqəti çətinliklər yaranacaq.

“Report” şirkətə istinadən xəbər verir ki, bu, xidmətlərin keyfiyyətinin artırılması məqsədi ilə aparılacaq təkmilləşdirmə işləri ilə bağlı olacaq.

Xatırladaq ki, “Azercell Telekom” 1996-cı ildə dövlət qeydiyyatına alınıb. Onun nizamnamə kapitalı 62,1 milyon manatdır. Şirkətin əsas təsisçisi Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə məxsus “AzInTelecom” MMC-dir.