Ötən ilin müvafiq dövrü ilə müqayisədə cari ilin yanvar-avqust aylarında diri çəkidə ət istehsalı 3,2 faiz artaraq 353,9 min ton, süd istehsalı isə 1,6 faiz artaraq 1 milyon 433,8 min ton təşkil edib.

Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirilib ki, həmin dövrdə yun istehsalı 0,1 faiz artaraq 15,5 min ton, barama istehsalı 10 faiz artaraq 491,3 ton, yumurta istehsalı isə 4,1 faiz azalaraq 1 milyard 269,4 milyon ədəd olub.

2020-ci ilin yanvar-avqust ayları ilə müqayisədə kənd təsərrüfatının ümumi məhsulu 5 faiz, o cümlədən heyvandarlıq məhsulları istehsalı 2,6 faiz, bitkiçilik məhsulları istehsalı 7,3 faiz artıb.