Rusiya prezidenti Vladimir Putin amerikalı jurnalist Taker Karlsona müsahibə verib.

Marja.az xəbər verir ki, müsahibə 2 saat 6 dəqiqə davam edib və bu müddət ərzində Rusiya lideri təxminən 60 sualı cavablandırıb.

Prezidentin sözlərinə görə, Rusiyanın xarici ticarət ödənişlərində dolların payı 13%-ə düşüb, yuan isə 34%-ə yüksəlib.

Prezident bildirib ki, hətta ABŞ-ın müttəfiqlərinin dollarda saxlanılan ehtiyatları azalır, hamı özünü qorumaq üçün fürsət axtarır. Putin ABŞ-ın Rusiya ilə dollar ödənişlərini məhdudlaşdırmaq qərarını “tamamilə cəfəngiyat” adlandırıb və hesab edir ki, bununla öz iqtisadiyyatlarına zərbə vurublar.